main-post-cover

    Məşhur insayder Galaxy S11 barəsində yeni məlumatlar verdi

    Elm & Texnologiya
    09.11.2019
    Emil Nəcəfov
        Son zamanlarda Samsung şirkətinin gələn il təqdim edəcəyi Galaxy S11 smartfonu barəsində daha çox məlumat ortaya çıxır. Məşhur insayder Evan Blass isə Galaxy S11 barəsində bir sıra yeni məlumatlar verib. İnsayder qeyd edib ki, Galaxy S11 3 versiyada təqdim olunacaq. Bundan əlavə olaraq o, smartfonun texniki göstəriciləri barəsində də məlumat verib. Bu barədə 4pda saytı xəbər verib.
        Evan Blass qeyd edib ki, Galaxy S11 modelləri 6.2 və ya 6.4 düym, 6.7 düym və 6.9 düym ekranlara sahib olacaqlar. Məlumatda qeyd edilib ki, 6.9 düym ekranlı Galaxy S11 istisna olmaqla digər modellər LTE 5G dəstəyini əldə edəcəklər. 6.9 düym ekranlı model isə yalnız 5G dəstəyini əldə edəcək. Hər bir Galaxy S11 modelinin ekranı kənar tərəfdən əyilmiş formada olacaq. İnsayder onu da edib ki, Galaxy S11-in təqdimatı ənənə üzrə ya fevral ayının ortasında ya da sonunda baş tutacaq. 
    Linki kopyala