main-post-cover

    Məşhur insayder iPhone XI modelinin keyfiyyətli render fotolarını təqdim etdi

    Elm & Texnologiya
    26.04.2019
    Farid Pardashunas
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Cashkaro adlı sayt ilə birlikdə varolan bütün məlumat sızıntıları əsasında iPhone XI smartfon modelinin keyfiyyətli render fotolarını yaradıb. Bu barədə Gagadget saytı xəbər verib. Yaradılmış render fotolardan da görmək olar ki, iPhone XI modeli xarici görünüşcə əvvəlki modelə çox bənzəyir.
        Smartfon şüşə materialdan hazırlanmış gövdəyə, genişformatlı ekrana, ekran üzərində çıxıntı hissəyə (çıxıntı hissənin daxilində lazımi ötürücülər yerləşəcək) və ön kameraya sahib olacaq. Əvvəlki modellərdən iPhone XI-i fərqləndirəcək tək özəllik isə onun üçlü arxa kamera ilə təchiz olunacağıdır.

        Son sızdırılmış məlumatlara əsasən iPhone XI modeli 5.8 düym OLED ekran, 3500-4000 mAh enerji tutumlu batareya, USB-C girişi və sudan, tozdan qorunma üçün IP68 standartı ilə təchiz olunacaq. Smartfonun kamera özəllikləri barəsində heç bir məlumat yoxdur Lakin gözləntilərə əsasən birinci kamera modulu əsas, ikinci kamera modulu teleobyektiv, üçüncü kamera modulu isə ya genişformatlı ya da ToF modul olacaq. Çox güman ki, iPhone XI modeli digər modellər ilə birlikdə bu ilin sentyabr ayında təqdim olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər