Logo
    main-post-cover

    Məşhur insayder iPhone XR 2019-un render fotolarını təqdim edib

        Bir neçə müddət bundan öncə OnLeaks ləqəbi ilə tanınan məşhur insayder iPhone XIiPhone XI Max smartfon modellərinin render fotolarını təqdim etmişdi. İndi isə o, iPhone XR 2019 smartfon modelinin render fotolarını və onun barəsində bəzi məlumatları təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə OnLeaks tərəfindən təqdim olunmuş render fotolardan da görmək olar ki, bu ilki iPhone XR modeli xarici görünüşcə keçən ilki modelə bənzəyəcək.

        Keçən ilki modeldən fərqləndirən özəlliklər sırasında yalnız ikili arxa kameranı diqqətə çatdırmaq lazımdır. İkili arxa kamera LED işıqlandırma sistemi ilə bir sırada yerləşib. Məlumata əsasən bu ilki iPhone XR modeli 12 MP-lik ikili arxa kamera ilə təchiz olunacaq. Onlardan birincisi əsas, ikincisi isə ikiqat optik zoom özəlliyinə sahib teleobyektiv olacaq. Smartfon 1792x828 piksel keyfiyyətli 6.1 düym IPS ekranla təchiz olunmalıdır. O həmçinin Apple A13 Bionic prosessoruna və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı batareyaya da sahib olmalıdır. Çox güman ki, iPhone XR 2019 modeli iPhone XI və iPhone XI Max ilə birlikdə bu ilin sentyabr ayında təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər