main-post-cover

    Məşhur insayder LG şirkətinin daha bir flaqman smartfonunun ilk fotosunu təqdim edib

    Elm & Texnologiya
    16.02.2019
    Emil Nəcəfov
        Məşhur insayder Evan Blass LG şirkətinin daha bir flaqman smartfon modelinin ilk fotosunu təqdim edib. Güman olunur ki, LG şirkəti MWC 2019 sərgisi çərçivəsində LG G8 ThinQ smartfonundan başqa həmçinin LG V50 ThinQ smartfon modelini də təqdim edəcək və həmin model 5G şəbəkəsini dəstəkləyəcək. Təqdim olunmuş fotodan da görmək olar ki, LG V50 ThinQ modeli keçən ilki V40 ThinQ modelindən xarici görünüşcə heç də fərqlənməyəcək.

        Smartfon ekranı həminki çıxıntı hissə ilə təmin olunacaq və həmin çıxıntı hissədə ikili ön kamera yerləşəcək. Smartfonun arxa panelində isə üçlü kamera yerləşəcək. Son vaxtlarda barmaq izi skanı texnologiyasının ekrana inteqrasiya edilməsi trendinə baxmayaraq LG V50 ThinQ smartfonunda həmin tenxologiya smartfonun arxa panelində yerləşəcək.
        Əsas dəyişikliklər smartfonun texniki göstəricilərində olmalıdır. Belə ki, LG V50 ThinQ modeli 6 düym OLED ekran, Snapdragon 855 prosessoru, 4000 mAh enerji tutumlu batareya və 5G modem ilə təchiz olunmalıdır. Gözləntilərə əsasən smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, LG V50 ThinQ modeli 1165-1354$ qiymətində satışa çıxacaq. Smartfon ilk öncə ABŞ-ın Sprint adlı mobil operatoru tərəfindən eksklüziv olaraq satıla və daha sonra irimiqyaslı satışa çıxa bilər.
    Linki kopyala