
Məşhur insayder: 'MediaTek Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən daha güclü olacaq'
Elm & Texnologiya
09.06.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim edilməmiş MediaTek Dimensity 9300 və Snapdragon 8 Gen 3 flaqman prosessorları barəsində bəzi yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən yeni nəsil flaqman prosessorlarda performanslıq baxımından liderliyi MediaTek Dimensity 9300 əldə edəcək. Lakin o, digər göstərici baxımından Snapdragon 8 Gen 3-dən geridə qalacaq. İnsayder bildirib ki, MediaTek Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən daha güclü olacaq.
Bununla belə o, enerji effektivliyi məsələsində Snapdragon 8 Gen 3-dən geridə qalacaq. Çox güman ki, bu, Dimensity 9300-ün 4 ədəd Cortex-X4 nüvəsinə və 4 ədəd Cortex-A720 nüvəsinə sahib olacağı ilə əlaqəlidir. Belə ki, Snapdragon 8 Gen 3 prosessoru yalnız 1 ədəd Cortex-X4 nüvəsi, 5 ədəd Cortex-X720 nüvəsi və 2 ədəd Cortex-520 nüvəsi ilə təchiz olunacaq. Bununla yanaşı insayder bildirib ki, Snapdragon 8 Gen 3-ün köməkçi süni zəka prosessorunun performans göstəricisi 60 TOPS təşkil edəcək. Snapdragon 8 Gen 3 oktyabr ayının sonunda təqdim olunacaq. Dimensity 9300-ün isə ilin sonunda təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
