main-post-cover

    Məşhur insayder OnePlus 7 Pro'nun texniki göstəriciləri barəsində məlumatlar verdi

    Elm & Texnologiya
    17.04.2019
    Farid Pardashunas
        Məşhur hindistanlı insayder Ishan Agarwal OnePlus 7 flaqman smartfonunun Pro modelinin texniki göstəriciləri barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən OnePlus 7 Pro modeli QHD+ keyfiyyətli 6.64 düym AMOLED ekran, 30 vatt gücündə enerji qəbul etməyə qadir Warp Charge adlı sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və 3.1 versiyalı USB-C girişi ilə təchiz olunacaq.
        Smartfon həmçinin stereo səsgücləndiricilərə və üçlü arxa kameraya sahib olacaq. Güman olunur ki, əsas kamera modulu 48 MP-lik, ikinci kamera genişformatlı modul, üçüncü kamera isə teleobyektiv modulu olacaq. İnsayder smartfonun hansı prosessora sahib olacağı barəsində məlumat verməyib. Lakin çox güman ki, söhbət, Snapdragon 855 prosessorundan gedir. OnePlus 7-nin OnePlus 7 Pro ilə birlikdə 14 may tarixində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər