main-post-cover

    Məşhur insayder OnePlus 7T barəsində məlumatlar verdi

    Elm & Texnologiya
    29.08.2019
    Farid Pardashunas
        Məşhur hindistanlı insayder Ishan Agarwal OnePlus şirkətinin yeni smartfon modelinin texniki göstəriciləri barəsində məlumatlar verib. Onun sözlərinə əsasən yenilənmiş OnePlus 7T smartfonu daha güclü texniki göstəriciləri və OnePlus 7 Pro modelinin bəzi özəlliklərini əldə edəcək. O həmçinin smartfonun təqdimat tarixi barəsində də məlumat verib. Bu barədə 4pda saytı xəbər verib.
        İnsayderin verdiyi məlumata əsasən OnePlus 7T modeli 2K keyfiyyətli 6.55 düym Super AMOLED ekrana sahib olacaq. Ekran üzərində damcı formalı çıxıntı hissə olduğu kimi qalacaq, lakin onun ölçüsü bir qədər balaca olacaq. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 855 Plus prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 18 MP + 16 MP + 12 MP üçlü arxa kamera və 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Smartfon həmçinin gecə çəkilişi rejimini, 960 fps-də slow-mo çəkilişini və genişbucaqlı kamera vasitəsilə video çəkilişini dəstəkləyəcək. İnsayderin verdiyi məlumata əsasən yeni smartfon OnePlus TV ilə birlikdə 26 sentyabr tarixində Hindistanda təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər