Logo
    main-post-cover

    Məşhur insayder: 'OPPO şirkəti 300 vatt gücündə yüksək sürətli şarj texnologiyası üzərində çalışır'

        Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən OPPO şirkəti də 200 vatt-dan daha yuxarı göstəricidə sürətli şarj texnologiyasının hazırlanması ilə məşğul olan şirkətlərin arasına daxil olmağa hazırlaşır. Verilmiş yeni məlumatda qeyd edilib ki, OPPO 300 vatt gücündə yüksək sürətli şarj texnologiyası üzərində çalışır və o, 4600 mAh enerji tutumlu batareyada aktiv olacaq. Lakin sözügedən yüksək sürətli şarj texnologiyası ilə 4600 mAh enerji tutumlu batareyanı OPPO-nun hansı smartfonunun əldə edəcəyi bilinməsə də qeyd etmək lazımdır ki, son zamanlar istehsalçılar sürətli şarj texnologiyası məsələsində təkcə flaqman smartfonlarda deyil, həmçinin büdcəli smartfonlarda da təcrübələr aparırlar. Bu cür yüksək sürətli şarj texnologiyasına sahib şarj adapteri vasitəsilə smartfon tam enerjini 5 dəqiqə ərzində yığa bilər. OPPO-nun öz 300 vatt gücündə olan yüksək sürətli şarj texnologiyasını nə zaman təqdim edəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər