
Məşhur insayder Redmi-nin yeni planşeti barəsində məlumatlar verib
Elm & Texnologiya
14.06.2023
Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin yeni planşeti barəsində məlumatlar verib. Qeyd etmək lazımdır ki, Redmi-nin ilk planşeti keçən ilin oktyabr ayında təqdim edilmişdi. Yeni planşetin isə Redmi K60 Ultra flaqman smartfonu ilə birgə təqdim ediləcəyi gözlənilir. Beləliklə insayderin sözlərinə əsasən Redmi-nin yeni planşeti təqribi olaraq 10 düym ölçülü maye kristallik ekran ilə təchiz olunacaq. Ekran 2K keyfiyyətində olacaq və 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, planşet özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirəcək. Planşet Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq və 8000 mAh enerji tutumlu batareyaya sahib olacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...