Logo
    main-post-cover

    Məşhur insayder Samsung Galaxy Watch 6 barəsində ilk məlumatı təqdim edib

        Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin yeni smart saatı barəsində ilk məlumatı təqdim edib. Söhbət, Galaxy Watch 6-dan gedir. İnsayderin sözlərinə əsasən Samsung Galaxy Watch 6-da kənarları əyilmiş ekrandan istifadə edəcək. Bu baxımdan smart saat Apple Watch-a və Pixel Watch-a bənzəyə bilər. Qeyd etmək lazımdır ki, Samsung uzun illər ərzində öz smart saatlarında məhz yastı ekrandan istifadə edib. İnsayder Galaxy Watch 6 barəsində digər bir məlumat verməyib. Sadəcə olaraq güman etmək olar ki, Galaxy Watch 6 bazara bir neçə versiyada və ekran ölçüsündə satışa çıxacaq. Çox güman ki, Samsung-un yeni smart saatı AMOLED ekran əldə edəcək və WearOS vasitəsilə çalışacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Məşhur insayder Samsung Galaxy Watch 6 barəsində ilk məlumatı təqdim edib | Technote