
Məşhur insayder Samsung Galaxy Watch 6 Pro barəsində yeni məlumatlar verib
Elm & Texnologiya
26.04.2023
Emil
Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy Watch 6 smart saat seriyasına daxil olacaq Galaxy Watch 6 Pro (Galaxy Watch 6 Classic) barəsində yeni məlumatlar təqdim edib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Galaxy Watch 6 Pro-da fırlana bilən gövdə mexanizmi reallaşdırılacaq. Ice Universe öz növbəsində bu məlumatı təsdiqləyib və bildirib ki, Galaxy Watch 6 Pro xarici görünüşcə Galaxy Watch 4 Pro-ya bənzəyəcək.
Bununla belə Galaxy Watch 6 Pro daha nazik ekran ətrafı çərçivələr əldə edəcək. Məlumata əsasən sözügedən smart saat bazara iki versiyada satışa çıxacaq. Onlardan biri 42 mm, digəri isə 46 mm gövdə ölçüsünə sahib olacaq. 42 mm-lik gövdə ölçüsünə sahib versiyanın 300 mAh, 46 mm-lik gövdə ölçüsünə sahib versiyanın isə 600 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Samsung Galaxy Watch 6 smart saatlarını avqust ayında təqdim etməlidir.
Paylaş
Bənzər xəbərlər