Logo
    main-post-cover

    Məşhur insayder Samsung Galaxy Watch 6 smart saatları barəsində yeni məlumatlar verib

        Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy Watch 6 smart saatları barəsində məlumat verib. İnsayder bildirib ki, smart saatın adi modeli iki versiyada təqdim olunacaq. Onlardan biri 40 mm-lik, digəri isə 44 mm-lik gövdə ölçüsünə sahib olacaq. 40 mm-lik gövdə ölçüsünə sahib versiya 432x432 piksel keyfiyyətli 1.31 düym OLED ekranla, 44 mm-lik gövdə ölçüsünə sahib versiya isə 480x480 piksel keyfiyyətli 1.47 düym OLED ekranla təchiz olunacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, eyni gövdə ölçülərinə sahib Galaxy Watch 5 smart saat modelləri 1.2 1.4 düym ekranlarla təchiz olunurlar. İnsayder bildirib ki, Galaxy Watch 6 modellərin böyük ölçülü ekranlarla yanaşı həmçinin böyük həcmli batareyaları və istifadəçi səhhətinin müxtəlif özəlliklərinin monitorinqi üçün nəzərdə tutulmuş sensorların yaxşılaşdırılmış versiyalarını əldə edəcəklər. Galaxy Watch 6 smart saat seriyasının avqust ayında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər