
Məşhur insayder Xiaomi Pad 6 planşeti barəsində yeni məlumatlar verib
Elm & Texnologiya
31.03.2023
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi Pad 6 planşet seriyasının standart versiyası Snapdragon 870, flaqman versiyası isə daha güclü Snapdragon prosessoru ilə təchiz olunacaq. Lakin Digital Chat Station ləqəbli məşhur insayder bu məlumatı təkzib edib. Onun sözlərinə əsasən Xiaomi Pad 6 seriyasının adi modeli də Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq insayder bildirib ki, Xiaomi Pad 2.8K keyfiyyətli ekran ilə təchiz olunacaq və şirkətin daha öncəki planşet modelindən fərqli olaraq yeni planşetin ekran ətrafı çərçivələri daha da nazik olacaqlar. Planşetin ümumi dizaynı isə yastı olacaq. Xiaomi Pad 6 planşet seriyasının nə zaman təqdim ediləcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər