Məşhur iPhone istehsalçısı Foxconn elektromobil istehsalına başlayacaq

Məşhur iPhone istehsalçısı Foxconn elektromobil istehsalına başlayacaq

Texnologiya
17.01.2020 PAYLAŞIM

    Yarımkeçirici məhsulların istehsalı ilə məşğul olan ən böyük şirkətlərdən biri Foxconn Çin bazarı üçün elektromühərrikli avtomobillərin istehsalına hazır olduğunu elan edib. Qeyd etmək lazımdır ki, Apple şirkətinin iPhone smartfonlarını məhz Foxconn şirkəti öz zavodlarında istehsal edir. Məlumatda qeyd edilib ki, elektromobillərin istehsalı sıfırdan başlamayacaq. Bu işdə Foxconn-a avtomobil istehsalı sahəsində böyük təcrübəsi olan Fiat Chrysler konserni kömək edəcək. Bu barədə The Verge saytı xəbər verib.

    Hər iki şirkət öz əsas diqqətlərini birgə elektromobil istehsalına yönəldəcək. Artıq rəsmi olaraq məlumat verilib ki, Fiat Chrysler konserni öz üzərinə elektromobillərin gövdə elementlərinin istehsalını və yığılmasını, Foxconn isə öz üzərinə elektronika elementlərinin və elektromobillərin proqram təminatlarının hazırlanmasını götürəcək. Qeyd etmək lazımdır ki, hər iki şirkət bu mövzu ətrafında bir neçə ay ərzində danışıqlar aparıblar. Hal hazırda iki şirkət arasında rəsmi müqavilə imzalanmayıb. Lakin bir sıra məlumatlara əsasən yaxın bir neçə gün ərzində müqavilə bağlanacaq.

    Jeep Dodge kimi brendlərin daxil olduqları Fiat Chrysler konserni elektromobillərin istehsal olunmasında olduqca maraqlıdır. Belə ki, o bu məsələdə digər şirkətlərdən geri qalır. Əhalənin elektronəqliyyat növünə keçid etməsi baxımından Çin bazarı ən dinamik şəkildə inkişaf edən bazarlardan biridir. 2019-cu ildə Çinin elektronəqliyyat bazarı 6% yüksəldi. Baxmayaraq ki, 2018-ci il ilə müqayisədə elektromobillərin satışları 8% aşağı düşmüşdü, bazar yenə də öz yüksəlişini sərgilədi. Analitiklər əmindirlər ki, növbəti 10 il ərzində Çinin elektromobil bazarı öz dövriyyəsi üzrə ABŞ və Avropa bazarlarını geridə qoyacaq. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Android tətbiqləri dəstəkləyən Windows 10 əməliyyat sistemli smartfon anons edil..

Windows dəstəkli smartfonların istehsalı hələ bir neçə il bundan öncə dayandırıldı. Nəticədə Microso..


Saniyədə 7.5 Gbit yüklənmə sürəti: Snapdragon X60 adlı yeni 5G modem təqdim edil..

Qualcomm şirkəti üçüncü nəsil modem radiosistemi olan Snapdragon X60 5G Modem-RF System-i təqdim etd..


Galaxy Z Fold 2 barəsində yeni məlumatlar verilib

XDA-Developers saytının baş redaktoru Max Weinbach, Galaxy Z Fold 2 smartfon modeli barəsində məluma..


Mi 10-dan daha sürətli satış: Mi 10 Pro-nun birinci partiyası rekord vaxta satıl..

Adi Xiaomi Mi 10-nun satışa çıxmasından bir neçə gün sonra Çində Mi 10 Pro modeli də satışa çıxdı...


Apple şirkəti kontentləri istifadəçilərin cihazlarına daha sürətlə çatdıracaq..

Netflix və Google Stadia kimi streaming servisləri sürətlə məşhurlaşmağa davam edirlər. Lakin təqdim..


iPhone 9-un (iPhone SE 2) təqdimat və satış tarixləri məlum oldu

iPhone-Ticker saytının jurnalistləri Apple şirkətinin nə zaman iPhone 9-u (iPhone SE 2) təqdim edəcə..