Logo
    main-post-cover

    Məşhur kriptovalyutaların dəyərləri aşağı düşməkdə davam edir

    Elm & Texnologiya
    10.11.2022
    Emil
        Top-10 siyahıya daxil olan bütün rəqəmsal valyutalar öz dəyərlərinin ortalama 10%-ni itiriblər. Mütəxəssislərin sözlərinə əsasən bu təkcə Ethereum-un proof-of-stake protokoluna keçidi ilə bağlı deyil. Çox güman ki, bütün məşhur kriptovalyutaların qiymətlərinin aşağı düşməsi Binance kriptovalyuta birjasının digər kriptovalyuta birjasını almaq məqsədinin yekun nəticəsi ilə bağlıdır. Verilmiş məlumata əsasən bitcoinin qiyməti son 1 həftə ərzində 19.34% (1 BTC = 16 418$) aşağı düşüb. Ethereumun qiyməti isə öz növbəsində 24.35% (1 ETH = 1177$) aşağı düşüb. Bununla belə hər iki kriptovalyutanın dəyəri son sutka ərzində ümumilikdə 10% aşağı düşüb. Məşhur kriptovalyutalar arasında sonra 1 həftə ərzində ən böyük qiymət düşüşünü yaşayan Solana ilə Dogecoin olublar. Solananın dəyəri 52%, Dogecoinin dəyəri isə 40.26% aşağı düşüb. Son bir həftə ərzində minimal qiymət dəyişikliklərinə məruz qalmış kriptovalyutalar USDT, BUSD USDC olublar.
    Paylaş
    Bənzər xəbərlər