main-post-cover

    Məşhur milyarder Richard Branson ilk fərdi kosmik uçuşunu reallaşdırıb (VİDEO)

    Elm & Texnologiya
    12.07.2021
    Farid Pardashunas
        Dünən Virgin Galactic şirkəti özünün Virgin Galactic Unity-22 adlı missiyasını reallaşdırdı. Sözügedən missiya çərçivəsində Virgin Galactic şirkətinin təsisçisi Richard Branson bir neçə şəxs ilə birlikdə Yer kürəsinin səthindən 80 km hündürlüyə qalxıb. Uçuş missiyası 60 dəqiqə çəkib və daha sonra VSS Unity adlı uçuş aparatı uğurla eniş edə bilib. İlk növbədə Virgin Galactic şirkətinin sürətləndirici raket üfüqi startı reallaşdırıb və 15 km hündürlüyə qalxıb. Növbəti mərhələdə Unity adlı aparat sürətləndirici raketdən ayrılıb və öz mühərrikləri vasitəsilə 80 km hündürlüyə yüksəlib. Nəticədə məşhur milyarder Richard Branson, əlavə 3 sərnişin və 2 pilot Unity daxilində 4 dəqiqə ərzində çəkisizlik vəziyyətində qalıblar. Daha sonra aparat eniş prosesinə keçid edib.
        Richard Branson-un bu uçuş missiyasının kosmik uçuşa aid olub-olmadığı barəsində müzakirələr aparılır. Beynəlxalq Aviasiya Federasiyası tərəfindən qəbul edilmiş kosmik sərhəd 100 km hündürlükdə başlayır. Buna baxmayaraq ABŞ-ın Hərbi Hava Qüvvələri-nin fikrincə isə bu sərhəd 80.5 km hündürlükdə başlayır. Unity aparatı isə uçuş missiyası çərçivəsində 86 km hündürlükdə olub. Virgin Galactic şirkəti 2022-ci ildən başlayaraq turistik uçuşları reallaşdırmağı planlaşdırır. Sözügedən uçuşlar üçün satılacaq bir biletin qiymətinin 250.000$ təşkil edəcəyi gözlənilir. Virgin Galactic-in əsas rəqiblərindən biri də Jeff Bezos-un Blue Origin şirkətidir. Qeyd etmək lazımdır ki, bu ayın 20-si Bezos da kosmik uçuşunu reallaşdıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər