
Məşhur Prisma fotoservisinin yaradıcıları Capture adlı süni zəka sistemli sosial şəbəkə yaradırlar
Elm & Texnologiya
19.06.2018
Emil
Məşhur Prisma fotoservisinin
yaradıcıları olmuş və bu ayın əvvəlində şirkətdən getmiş Aleksey Moiseenkov ilə
Ayram Ayrapetyan Capture adlı sosial şəbəkəni yaratdıqlarını elan ediblər. Bu barədə Business Insider saytı xəbər verib. Onlar həmçinin bildiriblər ki, layihə
artıq ilk investisiya raundunu başa vurub. Capture Technologies şirkəti ilk
investisiya raundunda 1 milyon dollar investisiya cəlb edib. İnvestisiya raundunda
KPCB, Mail Group, Social Capital, Dream Machine VC və s. şirkətlər iştirak
ediblər. Capture sosial şəbəkəsinin necə bir layihə olacağı hələki tam olaraq
aydın deyil.
Business Insider ehtimal edir ki, sözügedən sosial şəbəkədə
istifadəçilər bir-biriləri ilə süni zəka vasitəsilə qarşılıqlı əlaqədə
olacaqlar. Capture layihəsinin beta test mərhələsi bu ilin payız fəslində baş
tutacaq. Onun işə salınması isə gələn ilin əvvəlinə planlaşdırılır. “Baxmayaraq
ki, hal hazırda bazarda bir sıra böyük oyunçular var, biz yeni sosial tətbiqlərdə
böyük potensial görürük” – deyə Aleksey Moiseenkov bildirib. Qeyd etmək
laızmdır ki, bu iki şəxs tərəfindən yaradılmış Prisma fotoservisi 2016-cı ildə
işə salınmışdı. İlkin mərhələdə bu layihə neyron şəbəkələri vasitəsilə foto və
videoların redaktə olunması üçün nəzərdə tutulmuşdu. Lakin 2017-ci ildə şirkət
öz diqqətini biznes üçün həllərin yaradılmasına yönəltdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
