main-post-cover

    Məşhur Quora servisinin 100 milyondan çox istifadəçisinin məlumatları oğurlandı

    Elm & Texnologiya
    04.12.2018
    Emil Nəcəfov
        Biliklərin mübadilə olunması üçün nəzərdə tutulmuş Qoura adlı məşhur sosial servis öz sistemlərinə olmuş kiberhücumdan xəbər verib. Bu barədə servisin yaradıcısı Adam D’Angelo servisin bloqunda bildirib. Baş vermiş kiberhücum nəticəsində hackerlər servisin 100 milyondan çox istifadəçisinin özəl məlumatlarını əldə ediblər. “Keçən həftənin cümə günündə biz aşkar etmişdik ki, bizim sistemlərimizdən birini ələ keçirmiş üçüncü tərəf bəzi istifadəçilərin məlumatlarını nüfuzdan salıb” – deyə servisin yaradıcısı bildirib.
        Şirkət hal hazırda baş vermiş kiberhücum üzrə istintaq aparır və o bu barədə həmçinin hüquq-mühafizə orqanlarına da xəbər verib. Servisin yaradıcısının sözlərinə görə hackerlər istifadəçilərin servis hesablarının özəl məlumatlarını ələ keçirtmiş ola bilərlər. Onlar tərəfindən əldə olunmuş məlumatlar arasında istifadəçi adları, onların elektron poçt ünvanları, şifrələr və hətta servisə daxil olmaq üçün istifadə edilmiş digər servis məlumatları da ola bilər.
        Bununla yanaşı sözügedən kiberhücum həmçinin ictimai məlumatlara da təsir edib. Məsələn sullar, cavablar, şərhlər və təkliflər. İstintaqın aparılması prosesi çərçivəsində servis məlumatları potensial oğurlanmış istifadəçilərə kiberhücum barəsində xəbər verir. Eyni zamanda Quora servisi öz təhlükəsizlik sistemini daha da təkmilləşdirərək müxtəlif mütəxəssislərin iştirakı ilə istintaqını davam etdirir.
    Linki kopyala