Məşhur robot Sophia 'Ümumdünya Süni Zəka' platformasının yaradılması üçün vəsait yığır
Elm & Texnologiya
29.11.2017
Farid Pardashunas
Son zamanlarda xüsusi məşhurluq qazanmış Sophia adlı robot “Ümumdünya Süni Zəka”nın yaradılması üçün vəsait yığır.
Bu barədə Inverse saytı xəbər
verib. Belə ki, robot bütün insanları açıq mənbəli süni zəka platforması
hazırlayan SingularityNET adlı layihənin crowdfunding-də iştirak etməyə
çağırıb. İnvestorların əldə edəcəkləri tokenlər vasitəsilə “Ümumdünya Süni Zəka”
platformasında müxtəlif xidmətləri və məhsulları almaq olacaq. Şirkət bildirib
ki, o, tərtibatçıların, şirkətlərin və s. insanların müxtəlif problemlərini həll
edə biləcək süni zəka alqoritmləri və hesablama gücünə sahib sistem yaratmaq
istəyir.
Bunda marağı olanlar, tokenlər ödəyərək qlobal süni zəkanın gücündən
istifadə edə bilərlər. Pul qazanmaq istəyən tərtibatçılar isə bu sistemə öz
maraqlı özəlliklərini əlavə edə biləcəklər. Sözügedən sistem açıq mənbəli
olacaq və dövlət ilə süni zəka üzrə məşğul olan nəhəng şirkətlərdən azad şəkildə
fəaliyyət göstərəcək. Plana əsasən həmin sistem mütəmadi olaraq böyüyüəcək, tərtibatçılar
isə onun təkmilləşdirilməsində maraqlı olacaqlar. Bu bir növ blockchain əsaslı
süni zəka marketplace-nə bənzəyir.
Bu layihənin ideyası robototexnika üzrə mütəxəssis
və süni zəka üzrə məşhur tərtibatçı Ben Goertzel-ə məxsusdur. O, süni zəka
bazarındakı oliqopoliyanı məhv etmək istəyir. SingularityNET-in əsas məqsədi
süni zəka üçün desentrəlizə olunmuş şəbəkənin yaradılmasıdır. Layihə
yaradıcısının fikrincə süni zəka böyük şirkətlərə məxsus olmamalıdır. Süni zəkalardan
hər birinin arxasında insanlar durmalıdır. Məhz bu cür süni zəka cəmiyyət üçün
yararlı və şəffaf olar.
Lakin insan şüuruna sahib alqoritmi hansısa şirkət
yaratsa, o ilk öncə həmin süni zəkanı insanlardan əlavə gəlir əldə etmək üçün
istifadə edəcək. Hökumətlər isə təbii ki, ondan insanları izləmək üçün istifadə
edəcəklər. Bu platformada öz xidmətini Afrikadan olan hansısa tərtibatçı və ya
eyni səviyyədə öz məhsullarını orda yerləşdirmək istəyən şirkət də təklif edə
bilər. Goertzel bildirib ki, blockchain vicdanlı rəqabəti təmin edə və süni zəkanı
inkişafa doğru apara bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ