Məşhur Sophia robotunun yaradıcısı: 'Əsl süni zəka yaradılışı yolunda faciə baş verə bilər'

Məşhur Sophia robotunun yaradıcısı: 'Əsl süni zəka yaradılışı yolunda faciə baş verə bilər'

Texnologiya
07.12.2017 PAYLAŞIM

Süni zəka ətrafında mübahisələr səngimək bilmir.

Günümüzdə bu mübahisənin iştirakçıları iki hissəyə bölünürlər. Birinci hissə süni zəkadan qorxur, ikinci hissə isə onu insan həyatının keyfiyyətini yaxşılaşdıracaq növbəti bir alət kimi qəbul edir. Bu dəfə bu problemə öz fikrini məşhur Sophia adlı robotun yaradıcısı David Hanson bildirib. Bu barədə Fortune saytı xəbər verib. “Hanson Robotics” şirkətinin və Sophia adlı robotun yaradıcısı David Hanson süni zəka ilə bağlı öz gözləntiləri üzrə fikirlərini bölüşüb. O ümid edir ki, nəticə etibarilə insanlar, onların problemlərini həll edəcək faydalı, effektiv və xoşniyyətli süni zəka əldə edəcəklər.

Əsas məsələ burasındadır ki, həmin vaxtda Yer kürəsi əhalisinin çox hissəsi artıq həyatda olmayacaq. Çünki artıq indidən insanlar özlərini ekoloji problemlər, müharibələr və təmiz suyun çatışmazlığı səbəbilə çətin vəziyyətə salıblar. Hanson-un fikrincə güclü və xoşniyyətli süni zəka tamamilə yaxşı ssenaridir. Lakin sözügedən bu ideala olacaq yolda texnologiyanın hazırlanması tamamilə başqa və düzgün olmayan istiqamətə dönəcəyi ehtimalı da var. O bildirib ki, nğvbəti 100 il ərzində müxtəlif növ fəlakətlər baş verə bilər. Onlardan bəzilərinə süni zəka cavabdeh ola bilər, bəzilərindən isə o, insanları qoruya bilər. Bu cür bəyanatlar sayəsində Hanson-u süni zəkanın mülayim tərəfdarlarına aid etmək olar.



O, süni zəkaya inanır, lakin anlayır ki, hər şey insandan asılıdır. Müsahibə çərçivəsində Hanson-dan həmçinin onun yaratdığı Sophia adlı robotu da soruşublar. Həmin robot tamamilə süni zəka olmaması və özünün azad fikirlərinə sahib olmaması ilə günahlandırılır. Hanson-dan xahiş ediblər ki, o, Sophia-nı 1-dən 100-ə kimi xal sıralanmasında qeyd etsin. Bununla yanaşı 1 rəqəmi lazımsız elektron cihazı, 100 isə ideal, güclü, effektiv və xoşniyyətli süni zəkanı əks etdirir. Hanson öz robotunu 8-ci sıraya aid edib və bildirib ki, Sophia hal hazırda uşağı xatırladır. Lakin maraqlısı ondadır ki, Hanson adi insanı 9-cu sırada qərarlaşdırıb. Beləliklə o düşünür ki, gələcəyin süni zəkası insandan minimum 11 dəfə daha intellektual olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.

×