
Məşhur Swype tətbiqi bağlandı
Texnologiya
20.02.2018
Emil Noisy
Swype klaviaturası Symbian, Windows Phone, Android və iOS əməliyyat sistemləri əsasında çalışan smartfonlar üçün istifadəyə verilmiş məşhur tətbiq idi.
Bu tətbiq hamı tərəfindən sevilən swype
tərzli mətn (T9-un yaxşılaşdırılmış versiyası) yazılışını istifadəçilərə təqdim
edirdi. Bu rejimdə sözün yazılışı üçün istifadəçi barmağı ilə baş hərfdən son hərfə
kimi zolaq çəkməli idi. Bu halda yüksək dəqiqlik də lazım deyildi. Bu cür yazı
üsulunun bir çox pərəstişkarları var. Təkcə Googel Play-də sözügedən tətbiqi
milyon dəfə almışdılar.

Swype klaviaturasını hazırlamış “Nuance” şirkəti
bildirib ki, layihə artıq bağlanıb. Onlar artıq sözügedən klaviatura tətbiqini
yeniləməyəcəklər. Bu barədə Engadget saytı xəbər verib. Artıq indidən tətbiqin
iOS versiyası App Store-dan yığışdırılıb. Lakin onu hələ də Google Play-də
endirimlə almaq mümkündür. Klaviaturanın tərtibatçıları bildiriblər ki, onlar
artıq klaviaturanı təkmilləşdirə bilmirlər və bundan sonra süni zəka
texnologiyaları ilə məşğul olacaqlar.
Linki kopyala
Həftənin xəbərləri

