main-post-cover

    Məşhur taksi servisi olan Taxify öz adını dəyişdi

    Elm & Texnologiya
    07.03.2019
    Farid Pardashunas
        Estoniyada təsis edilmiş və dünyanın bir çox ölkəsində fəalyyət göstərən məşhur Taxify taksi servisi öz adını dəyişdi. Ad ilə birlikdə şirkət həmçinin loqosunu da yeniləyib. Bu barədə Vc.ru saytı xəbər verib. Bununla belə şirkət bildirib ki, istifadəçilər heç bir yeni mobil tətbiq yükləməyəcəklər. Hal hazırda varolan Taxify adlı tətbiq isə avtomatik olaraq öz adını və loqosunu dəyişəcək. Beləliklə şirkətin seçdiyi yeni ad Bolt olub.
        Bolt brendi altında şirkət həmçinin motosiklet və samokat icarəsi xidmətlərini də təklif edir. Qeyd etmək lazımdır ki, Taxify 2013-cü ildə estoniyalı Markus Villig (həmin vaxtda onun 19 yaşı var idi) tərəfindən təsis edilmişdi. Şirkət hal hazırda bütün dünya üzrə 100-dən çox şəhərdə fəaliyyət göstərir. Bu məşhur taksi servisi həmçinin Azərbaycanda da mövcuddur. Şirkətin öz məlumatlarına əsasən onun tətbiqindən 25 milyondan çox insan istifadə edir. Keçən ilin may ayında şirkət 175 milyon dollar investisiya alaraq öz bazar dəyərini 1 milyard dollar çatdırmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər