
Məşhur videoblogger iPhone'nun yaddaşını 128 GB'a kimi yüksəltdi (VİDEO)
Elm & Texnologiya
11.04.2018
Emil
Məşhur videoblogger Scotty Allen öz iPhone cihazının
yaddaşını 16 GB-dan 128 GB-a kimi yüksəldib. Scotty Allen özünün Strange Parts
adlı YouTube kanalı ilə məşhurdur. O tez-tez Apple smartfonlarını təkmilləşdirir
və Çinin elektronika bazarı haqqında maraqlı məlumatlar verir. Bundan öncə də
o, edilməsi qeyri-mümkün hesab edilən şeyləri edib.
Məsələn keçən il Scotty
iPhone cihazının korpusunu tamamilə dəyişərək ona parlayan loqo vurmuş, 2017-ci
ilin Senyabr ayında isə öz iPhone 7 cihazına qulaqlıqlar üçün 3.5 mm-lik
audiogiriş yerləşdirmişdir. İndi isə növbə smartfonun daxili yaddaşına çatıb. Təbii
ki, onun etdiklərini adi sıravi insan edə bilməz. Belə ki, daxili yaddaş dəyişilməsi
prosesi olduqca çox vaxt aparır və xüsusi bacarıqları tələb edir.
Bu prosesi
etməyi qərar vermiş şəxs çap plataları ilə diqqətli çalışmağı bacarmalı, lazımi
flash modulu tapmalı və ən əsası prosessordakı məlumatları idarə etmək üçün
xüsusi cihaza sahib olmalıdır. Buna görə də Scotty Allen-in bu videosunu bir
meydan oxuma kimi qəbul etmək lazım deyil. Bu sadəcə Apple smartfonunun təkmilləşdirilməsi
barəsində maraqlı bir videodur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Gələcək indiki zamana təsir göstərə bilər
