main-post-cover

    Messenger'ə video reklamlar gəlir: Facebook daha çox pul qazanmaq istəyir

    Elm & Texnologiya
    20.06.2018
    Nijat Hamid
    Facebook Messenger artıq hamının mobil cihazında olan bir tətbiq halına gəlib. Bunu görən Facebook daha çox pul qazanmaq üçün Messenger'ə video reklam özəlliyini gətirir. Yenı çıxan məlumatlara görə hələki limitli sayıda istifadəçi ilə testlər aparılır. Müsbət nəticələr alındıqdan sonra qlobal şəkildə yenilənmə hərkəsə göndəriləcək.
    Bu həftə sonundan etibarən video reklamlar Messenger'də görünməyə başlayacaq və avtomatik işə düşəcək.
    Facebook'un reklam işlərinin rəsmisi Stefan Lukakos deyir ki, istifadəçilər bir müddət sonra bu video reklama öyrəşəcəklər. Digər tərəfdən şirkət üçün istifadəçi məmnuniyyətinin önəmli olduğunu vurğulayaraq geri dönüşlər mənfi olduğu halda bu reklamlar ilə əlaqəli dəyişikliklər edəcəklərini bildirdi. Stefan bildirir ki, hələlik sadə reklamlar ilə işləyirlər və video reklamların istifadəçinin heç bir halda mesajlaşma təcrübəsinə təsir etməyəcəyini iddia edir.

    Linki kopyala