Meta audio faylı MP3-dən 10 dəfə daha güclü sıxan səs kodeki hazırlayıb

Meta audio faylı MP3-dən 10 dəfə daha güclü sıxan səs kodeki hazırlayıb

Texnologiya
04.11.2022 PAYLAŞIM

    Meta şirkəti EnCodec adlı yeni səs kodekini təqdim edib. Sözügedən yeni səs kodeki audio faylın keyfiyyətini itirmədən onu daha yüksək səviyyədə sıxmaq üçün machine learning texnologiyalarından istifadə edir. Beləliklə EnCodec MP3-dən fərqli olaraq audionu 10 dəfə daha güclü şəkildə sıxır və bu halda audionun keyfiyyəti aşağı düşmür. EnCodec səs kodeki həm səsin real zaman ərzində ötürülməsində (məsələn qeyri-stabil şəbəkə əlaqəsinin olduğu rayonlarda telefon zəngləri zamanı) həm də faylların kodlaşdırılmasında istifadə edilə bilər. Məlumatda qeyd edilib ki, audionun sıxılması üçün nəzərdə tutulmuş bu sistem 3 hissədən ibarətdir.


    İlk öncə sistem sıxılmamış məlumatları daha aşağı bitrate-li xüsusi formata çevirir. Daha sonra əldə edilmiş xüsusi format lazımi həcmə kimi sıxılır. Lakin bununla belə ilkin siqnalın bərpası üçün istifadə ediləcək vacib məlumat olduğu kimi qalır. Sonda isə deşifrələmə sistemi sıxılmış məlumatları real zaman ərzində neyron şəbəkəsi vasitəsilə yenidən səs dalğalarına çevirir. Məlumatda qeyd edilib ki, neyron şəbəkəsi səsi çox keyfiyyətli şəkildə sıxır və insan qulağı səsin sıxılmadan öncəki və sonrası versiyası arasındakı fərqi anlaya bilməz. EnCodec adlı səs kodeki hələ də hazırlanma və test mərhələsindədir. Onun nəticədə Meta şirkətinin platformalarında nə zaman istifadəyə veriləcəyi bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×