Meta-nın ilk smart saatının fotoları təqdim edilib

Meta-nın ilk smart saatının fotoları təqdim edilib

Texnologiya
01.02.2023 PAYLAŞIM

    Hələ 2021-ci ildə məlumat ortaya çıxmışdı ki, Meta şirkəti öz ilk smart saatı üzərində çalışır. Lakin keçən il məlumat verildi ki, şirkət bu ideyadan imtina edib. İndi isə insayderlər xəbər veriblər ki, Meta yeni smart saat üzərində çalışır. Hətta hazırlanan smart saatın fotoları da təqdim edilib. Meta tərəfindən ləğv edilmiş ilk smart saat modeli kimi hazırlanan bu yeni model də bəzi özəlliklər ilə fərqlənir. Qeyd etmək lazımdır ki, Meta-nın ləğv edilmiş ilk smart saat modelində iki ədəd kameranın reallaşdırılması planlaşdırılırdı.


    Şirkət tərəfindən hal hazırda hazırlanan smart saat versiyasında da bu özəllik mövcud olacaq. Kameralardan biri ekran üzərindəki damcı formalı çıxıntıda, digəri isə smart saatın aşağı hissəsində yerləşəcək. Smart saatın unikal konstruksiyaya sahib olması sayəsində istifadəçi saat gövdəsini kəmərdən ayıraraq kameralar vasitəsilə foto və ya video çəkə biləcək. İnsayderlər bildiriblər ki, Meta-nın smart saatı Qualcomm prosessoruna sahib olacaq. Bununla belə o, WearOS əvəzinə Android-in təkmilləşdirilmiş versiyası əsasında çalışacaq. Meta-nın ilk smart saatının necə adlanacağı, nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı hələ bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ford şirkəti Explorer adlı elektrikli krossoveri təqdim edib - QİYMƏTİ

Təqdim edilmiş elektrikli krossover Volkswagen şirkətinin MEB adlı modul platforması əsasında qurulu..


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..

×