main-post-cover

    Meta-nın Quest 3 adlı yeni VR cihazı barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    30.05.2023
    Farid Pardashunas
        Məlumata əsasən Meta şirkəti hal hazırda Quest 3 adlı yeni VR cihaz üzərində çalışır. Bloomberg saytının məşhur insayderi Mark Gurman isə şirkətin yeni VR cihazı barəsində məlumatları təqdim edib. Gurman-ın sözlərinə əsasən orta performanslı texniki özəlliklərə sahib olacağına baxmayaraq Quest 3 Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR /Mixed Reality) cihazı ilə rəqabət apara biləcək. İnsayder bildirib ki, Quest 2 ilə müqayisədə Quest 3 daha nazik və yüngül olacaq.
        Yeni VR cihaz iki ədəd köməkçi kamera ilə təchiz olunacaq və onlar ətraf mühitin cihaz ekranlarında əks olunmasına istiqamətlənəcəklər. Gurman onu da qeyd edib ki, Quest 3-də daha böyük ölmülü ekranlardan istifadə edilməsinə baxmayaraq görüntü keyfiyyəti Quest 2-nin sərgilədiyi görüntü keyfiyyəti səviyyəsindədir. Digər tərəfdən şirkət yeni VR cihazın texniki imkanlarını təkmilləşdirib və bunun sayəsində qarışıq reallıq rejimində video yayım keyfiyyəti yüksəlib. Quest 2 kimi Quest 3-ün də komplektinə 2 ədəd idarəetmə təchizatı daxil olacaq. Quest 3-ün satış qiyməti barəsində məlumat verilməsə də gözləntilərə əsasən cihaz 500$-a satılacaq. Quest 3-ün bu ilin oktyabr ayında təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər