main-post-cover

    Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)

    Elm & Texnologiya
    28.09.2023
    Emil Nəcəfov
        Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazının nə zaman satışa çıxacağını açıqlayıb və onun bəzi texniki göstəricilərini təqdim edib. Qeyd etmək lazımdır ki, Meta Quest 3 hələ iyun ayında anons edilmişdi. Məlumatda qeyd edilib ki, istifadəçilər Meta Quest 3 çərçivəsində təkcə virtual reallıqdan deyil, həmçinin qarışıq reallıq imkanlarından da faydalana biləcəklər. Buna misal olaraq real stol arxasında oturaraq virtual pianinoda ifanı gətirmək olar.
        Meta Quest 2-dən fərqli olaraq Quest 3 daha kompakt ölçülərə sahibdir. O, Snapdragon XR2 Gen 2 prosessoru vasitəsilə çalışır. Cihazın sahib olduğu ekranların hər biri 2064x2208 piksel keyfiyyətindədir və onlar 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyirlər. Meta Quest 3 özündə 8 GB RAM-ı birləşdirir. Məlumatda qeyd edilib ki, Quest 2 üçün mövcud olan bütün oyunları Quest 3-də də işə salmaq mümkün olacaq. Beləliklə Meta Quest 3 qarışıq reallıq cihazı 10 oktyabr tarixində 500$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər