
Meta şirkəti öz smart saat layihəsini ləğv edib
Elm & Texnologiya
15.11.2022
Emil
Hələ bir neçə müddət bundan öncə dəfələrlə məlumat ortaya çıxmışdı ki, Meta şirkəti özünün smart saatı üzərində çalışır. Görünür, Meta-nın smart saatını artıq gözləməyə ehtiyac yoxdur. Belə ki, verilmiş yeni məlumata əsasən şirkət sözügedən layihəni ləğv edib. Reuters saytının təqdim etmiş olduğu məlumatda qeyd edilib ki, şirkət büdcənin ixtisar olunması səbəbilə smart saat layihəsindən imtina edib. Məlumatda həmçinin qeyd edilib ki, smart saat layihəsi üzərində çalışmış bütün əməkdaşlar şirkətin artırılmış reallıq eynəyi layihəsinə yönləndiriləcək.
Qeyd etmək lazımdır ki, Meta şirkətinin smart saatı barəsində məlumat ilk dəfə olaraq 2021-ci ildə ortaya çıxmışdı. Həmin vaxtda qeyd edilmişdi ki, şirkət Apple Watch smart saatı ilə rəqabət aparmaq üçün özünün smart saat modelini hazırlamaq qərarına gəlib. Meta-nın ilk smart saatı Fitbit cihazlarının sahib olduqları dizaynı özündə birləşdirməli idi. Bununla yanaşı insayderlər qeyd edirdilər ki, smat saat iki ədəd kamera, ürək döyüntülərinin ölçülməsi sensoru ilə təchiz olunacaq, istifadəçinin addımlarını sayacaq, yuxu prosesini monitorinq edəcək və Android vasitəsilə çalışacaq. Bununla yanaşı Meta-nın smart saatı kontentin Facebook-da, Instagram-da və Whatsapp-da sürətli paylaşılması imkanına da sahib olmalı idi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
