main-post-cover

    Meta şirkəti Project Nazare adlı yeni AR eynək üzərində çalışır

    Elm & Texnologiya
    31.10.2021
    Emil Nəcəfov
        Əvvəlki adı Facebook olmuş Meta şirkəti Project Nazare adlı yeni artırılmış reallıq (AR) eynəyi üzərində çalışdığını elan edib. Məlumatda qeyd edilib ki, hazırlanan yeni arıtırılmış reallıq eynəyi sıravi istifadəçilər üçün nəzərdə tutulacaq. AR eynək istifadəçilərə artırılmış reallıq mühitində insanlarla ünsiyyət və müxtəlif oyunlar kimi imkanları təqdim edəcək. Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, eynək hələ ilkin hazırlanma mərhələsindədir. Faktiki olaraq Meta hələ ki, ideyaya və texniki bazaya sahibdir. Şirkət AR eynəyin yekun dizaynını hələ təyin etməyib.
        “Lazımi dizaynı əldə etmək və tələb olunan funksionallığı təmin etmək üçün böyük texniki tapşırıqları yerinə yetirmək lazımdır. Biz, holorafik ekranları, proyektorları, batareyaları, naqilsiz adapterləri, çipləri, kameraları, səsgücləndiriciləri, istifadəçini əhatə edən dünyanı emal edəcək müxtəlif sensorları və bir çox digər şeyi 5 mm qalınlığa sahib eynəyə inteqrasiya etməliyik. Yəni başqa sözlə desək, biz, Project Nazare üzərində hələ çalışırıq. Lakin buna baxmayaraq biz artıq bu işdə müəyyən nailiyyətləri də əldə etmişik” - deyə Zuckerberg qeyd edib. Meta şirkətinin bloqunda olan məlumata əsasən sözügedən eynəyin istifadəyə verilməsinə hələ bir neçə il vaxt var. 
    Linki kopyala