Meta şirkətinin (Facebook) smart saatının ilk fotosu ortaya çıxıb

Meta şirkətinin (Facebook) smart saatının ilk fotosu ortaya çıxıb

Texnologiya
29.10.2021 PAYLAŞIM

    Bloomberg-in verdiyi məlumata əsasən şirkət adını Meta-ya dəyişmiş Facebook öz smart saat modelini təqdim etməyi planlaşdırır. Şirkətin öz smart saatı üzərində çalışması barəsində məlumatlar daha öncə də internetdə ortaya çıxmışdı. İndi isə insayderlər Meta şirkətinin smart saatının ilk fotosunu əldə ediblər. Xarici görünüşcə smart saat Apple Watch-u xatırladır. Əldə edilmiş fotoya əsasən Meta şirkətinin ilk smart saatının ölçüsü Apple Watch-dan bir qədər geniş olacaq və bir qədər əyilmiş kənar hissələri əldə edəcək. Smart saat ekranının aşağı hissəsində kamera, gövdənin sağ hissəsində isə idarəetmə düymələri yerləşəcək.


    Heç istisna deyil ki, smart saat əlavə kamera sensoru ilə təchiz olunsun. Güman olunur ki, smart saatın gövdəsi paslanmaz poladdan hazırlanacaq. Bundan əlavə olaraq smart saata modem və mobil şəbəkə modulunun inteqrasiya ediləcəyi gözlənilir. Mobil şəbəkə modulu vasitəsilə istifadəçi smart saat üzərindən zəngləri reallaşdıra biləcək. Əlavə olaraq smart saat insan səhhətinin müxtəlif faktorlarının monitorinqi üçün nəzərdə tutulmuş sensorları da əldə edəcək. Meta şirkətinin ilk smart saat modelinin dəqiq texniki göstəriciləri barəsində məlumat yoxdur. Smart saatın nə zaman təqdim olunacağı da bilinmir.



DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×