Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Texnologiya
18.01.2022 PAYLAŞIM

    Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş patent smart saat barəsində məlumatları ortaya çıxardıb. Güman olunur ki, Meta-nın ilk smart saatı çıxarıla bilən ekran və müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş bir neçə kamera ilə təchiz olunacaq. Hələ keçən ilin iyun ayında insayderlər xəbər vermişdilər ki, Meta şirkəti öz smart saatı üzərində çalışır və smart saat çıxarıla bilən ekran və bir neçə kamera ilə təchiz olunacaq. İndi isə həmin məlumatlar təsdiqləniblər. Belə ki, aşkar edilmiş patentdəki smart saat təsvirləri insayderlərin verdikləri məlumatlar ilə üst-üstə düşürlər. Beləliklə patent təsvirlərinə əsasən ekran smart saat gövdəsinə maqnitlər vasitəsilə bərkidilir və üstəlik gövdə üzərində fırlanma özəlliyinə sahibdir.


    Kvadrat dizaynda ekranın 4 ədəd, dairəvi dizaynda isə 5 ədəd fikslənmiş mövqeyi mövcuddur. Çıxarıla bilən ekrandan əlavə olaraq smart saat 3 kamera ilə təchiz oluna bilər: Əsas obyektiv, ultragenişbucaqlı obyektiv və optik zoom özəllikli obyektiv. Görünür, müəyyən kameradan istifadə üçün istifadəçi məhz ekranın gövdə üzərində fırlanması imkanından yararlanacaq. Patentə əsasən smart saat bədən temperaturu ilə ürək döyüntülərinin ölçülməsi sensorları və akselerometr ilə təchiz oluna bilər. Maraqlısı ondadır ki, Meta şirkəti sözügedən cihazı necəsə VR AR-ə inteqrasiya etmək niyyətindədir. Meta-nın ilk smart saatının nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×