
Metro Goldwyn Mayer-in maraqlı logo tarixi
Elm & Texnologiya
07.05.2017
Farid
Bir çox şirkətlərin logosu onun həyata keçirdiyi
funksiyanı təmsil edir. Məhz buna görə də şirkət logoları, onların yaranma
tarixi hər zaman diqqəti cəlb etməkdədir. Belə şirkətlərdən biri də bir
çoxlarımıza tanış olan Metro Goldwyn Mayer-in logosudur.
Beləki, bu logo
kinolarda şirin kükrəməsi ilə yaddaşlarda iz qoyub. Hər nə qədər əyləncəli
görünsə də logonun ərsəyə gəlməsi o qədər
də asan olmayıb. Belə ki, logo-nu 1917-ci ildə reklamçı Howard Dietz və Samuel
Goldwyn bir idman klubundan ilham alaraq hazırlanıb. Əslində ilk dizayn olunarkən
aslanın səssiz görüntüsü nəzərdə tutulmuşdu. Amma çəkim sırasında maraqlı bir
hadisə baş verib və 2 oğru bilmədən çəkim aparılan yerə daxil olub. Aslan isə birini öldürdü, digəri isə polislər
tərəfindən tutulub. Daha sonra aslan öz sahibini və onun asistantını da öldürüb.
Bütün bunlara şahid olan film rejissoru Alfred Hitchcock baş verən hadisələrdən
sonra aslanla birgə bəzi çəkimlərdə yer aldı.
Gördüyünüz kimi bir çoxlarımızın 5 saniyədə izlədiyimiz reklam çarxı əslində çox böyük əmək hesabına başa gəlib.
Bəlkə də bu logo filmlərin o qədər də asan olmayan çəkimlərini tam anlamıyla əks
etdirən ideal seçimdir.
Paylaş
Bənzər xəbərlər