
Müflisləşmiş 10 uğurlu şirkət
Elm & Texnologiya
07.05.2017
Farid
Biznes dünyası qəribə və qəddardır. Bu dünyada hətda ən kiçik qəbul edilmiş qərar belə şirkətin statusuna baxmayaraq onu məhv edə bilər.
"South Sea Company"
"South Sea Company""South Sea Company” şirkətinin müflisləşməsi XVIII əsrdə baş
vermişdir. Faktiki olaraq bu klassik maliyyə piramidası idi. Şirkət 1711-ci
ildə İngiltərə-də təsis edilmişdir. Onun əsas məqsədi isə Latın Amerika-sı ölkələri
ilə ticarət əlaqələri qurmaq idi. Şirkətin birinci səhmdarları siyahısına
Conatan Svift və İsaak Nyuton daxil idilər. Lakin tez bir zamanda şirkətin dəyərli kağızlarının qiyməti düşdü və minlərlə səhmdar öz sərmayesini itirdi. Beləliklə
şirkət müflisləşmə prosesinə başladı. İstintaq nəticəsində məlum oldu ki, şirkətin
rəhbərləri dələduzluq ilə məşqul olurdular.
"Pan Am”
"Pan Am”Bu şirkət İkinci Dünya Müharibəsindən sonra beynəlxalq
turizm sahəsinin liderlərindən biri idi. Həmçinin şirkət hava sərnişin
daşınması bazarındada öz uğurlu yerini tutmuşdu. Lakin bəzi xoşagəlməz hallar
uğurlu şirkətin həyatına son qoydu. Belə ki, 1988-ci ildə terrorçular
Şotlandiya-da Pan Am təyyarəsini partlatmışdılar. Nəticədə bu hadisə şirkətin nüfuzuna xələl
gətirmişdi. Şirkətin həyatında son nöqtəni qoyan səbəb isə Fars körfəzindəki
müharibə nəticəsində bahalaşan neft oldu. 1991-ci ilin dekabr ayında "Pan Am" şirkəti
rəsmi şəkildə müflis oldu.
"Olivetti”
"Olivetti”Şirkət 1982-ci ildə Olivetti M20 adlı ilk müasir kompüteri
satışa çıxartmışdı. Bir il sonra şirkət IBM PC-ə bənzəyən M24 modelini təqdim
etmişdi. Bu kompüterə Avropa bazarında çox tələbat var idi. Ondan hətda ölkə
strukturlarında belə istifadə edirdilər. Lakin sonra "Olivetti” məhsulu daha
güclü və güvənli Intel 80386 mikroprosessoru ilə rəqabət apara bilmədi. 1995-ci
ildə şirkət multimediyalı Envision kompüterini satışa çıxartdı. Bu layihə də
uğursuz oldu. Nəticədə 1999-cu ildə şirkətin səhmlərinin nəzarət paketini "Bell
S.A.” şirkəti əldə etdi.
"Enron”
"Enron”ABŞ-ın enerji şirkəti irimiqyaslı qalmaqaldan sonra müflisləşdi.
Onun bağlanmasını biznes tarixində ən böyük hadisələrdən biri kimi hesab edirlər.
Şirkətin rəhbərləri hesabatların saxtalaşdırılması ilə ittiham olunurdular. Beləliklə
onlar investorları aldatmaq istəyirdilər. Şirkət 2001-ci ildə müflis olmuşdur.
Onun investorları külli miqdarda pul, işçiləri isə öz iş yerlərini itirmişdilər.
Şirkətin müflisləşməsinin ən ağır nəticəsi isə işçilərin pensiya fondunda
saxladıqları vəsaitlərin itirilməsi oldu. İtirilmiş vəsait ümumi olaraq 2
milyard dollar dəyərində idi.
"WorldCom”
"WorldCom”Vaxtı ikən "WorldCom” şirkəti ABŞ-ın telekommunikasiya sahəsində
liderlərdən biri idi və ölkənin 50% internet trafikini əhatə edirdi. Lakin bu
şirkəti də hesabatlar ilə olan problem məhv etdi. Şirkətin rəhbərləri qeyd
edirdilər ki, 2001-2002-ci illər arasındakı müddəti əhatə edən sənədlərdə 3.8
milyard dollarlıq ziyan təşkil edən səhvlər var idi. Aparılmış istintaq nəticəsində
məlum olmuşdu ki, bu vəsaitlər biznesin dəstəyinə yönəlmiş cari xərclər üçün nəzərdə
tutulmuşdu. "WorldCom”da isə bildirirdilər ki, bu vəsait mülkiyyət və cihazların
alınmasına xərclənmişdir. Bir il ərzində şirkət kapital xərclər bölməsinə 3.8
milyard dollar vəsait əlavə edirdi. Nəticədə "WorldCom”un kağızlar üzərində gəliri
3.8 milyard dollar çox olmuşdur.
"General Motors”
"General Motors”1931-ci ildən 2008-ci ilə kimi "General Motors” avtomobil istehsalı üzrə
dünya lideri idi. Mütəxəssislər bildirirlər ki, "General Motors”un bağlanması
ABŞ avtomobil sənayesinin müflisləşməyi deməkdir. Əslində şirkətin müflisləşməsini
bir neçə il ərzində proqnoz edirdilər. 2005-ci ili şirkət 10.6 milyard dollar zərər
ilə yekunlaşdırmışdı. 2007-ci ildə isə bu göstərici 38.7 milyard dollar
olmuşdur. Böhranlı 2008-ci ildə şirkətin satış göstəriciləri 45% aşağı
düşmüşdü. Nəticədə şirkət səhmlərinin 82.3 milyard dollar dəyərində olmasına
baxmayaraq 172.8 milyard dollar vəsait borca götürmüşdür.
"Lehman Brothers”
"Lehman Brothers”Bu bank investisiya sahəsində dünya liderlərindən biri idi.
Onun bağlanmağı isə ABŞ maliyyə sistemini şok etmişdi. 2006-cı ili bank 46.7
milyard dollarlıq gəlir ilə başa vurmuşdu. Lakin 2008-ci ildə bank artıq
müflisləşmə prosesinə start vermişdi. "Lehman Brothers” bankının bağlanmasının əsas
səbəbi maliyyə təşkilatı sahibkarlarının ipoteka üzrə dəyərli kağızlara külli
miqdarda vəsait yatırmaları oldu. Qeyd edək ki, məhz ipoteka üzrə dəyərli
kağızların dəyərdən düşməsi nəticəsində ABŞ-da iqtisadi böhran baş verdi. ABŞ
höküməti banka sabitləşdirici kreditin verilməməsinə qərar verəndən sonra bank
tamamilə iflasa uğradı.
"Wahington
Mutual”
"Wahington
Mutual”ABŞ
iqtisadi böhranı bir çox bankların həyatına son qoydu. "Lehman Brothers”ın iflasından
bir neçə həftə sonra daha bir böyük bank olmuş "Washington Mutual” da müflisləşdi.
Sözügedən bank ipoteka kreditləşməsi ilə məşqul olurdu. Bank əsasən böyük risklə
kreditlər verirdi. İpoteka bazarının iflasından sonra bank külli miqdarda vəsait
itirdi. Hətda 7 milyard dollar dəyərində investisiya belə bankı xilas edə bilmədi.
"Bear Stearns"
"Bear Stearns"2008-ci ildəki iqtisadi böhrandan yaxa qurtara bilməyən 3-cü
bank. Hələ 2007-ci ilin yay fəslində bank ipoteka kreditləşdirilməsi fonunda
maddi problemlər yaşayırdı. Bankın sahib olduğu iki risk fondu ipoteka dəyərli
kağızlarına görə əmanətçilərinin bütün vəsaitlərini (1.6 milyard dollar)
itimişdilər. Bundan sonra fond bazarında əsl panika yaşandı. 2008-ci illin mart
ayında bank bildirdi ki, təcili investisiya olmasa o öz öhdəliklərini yerinə
yetirə bilməyəcək. Artıq 16 Mart 2008-ci ildə "Bear Stearns” 236.2 milyard dollara "JPMorgan Chase” bankı tərəfindən
alındı.
"Nokia”
"Nokia”Əsrin əvvəlində "Nokia” mobil telefon bazarında lider şirkət
idi. Lakin daha sonra innovativ texnologiyalardan istifadə edən şirkətlər onu
bazardan sıxışdırıb çıxardılar. 2 il bundan öncə şirkət "Microsoft” tərəfindən
alındı. Alışdan sonra "Microsoft” bildirdi ki, birdə Nokia brendini istifadə
etməyəcək.
Paylaş
Bənzər xəbərlər