main-post-cover

    Mi Mix Alpha smartfonu Xiaomi şirkəti üçün gəlir itkisi adlandırılıb

    Elm & Texnologiya
    27.09.2019
    Farid Pardashunas
        Xiaomi Mi Mix Alpha istifadəçiləri təkcə ekran forması ilə deyil öz qiyməti ilə də təəccübləndirdi. Belə ki, yeni smartfon şirkətin ən bahalı smartfon modeli oldu. Mi Mix Alpha-nın yüksək qiymət göstəricisinin sirrinə Meizu şirkətinin keçmiş vitse-prezidenti Li Nan aydınlıq gətirib. O bildirib ki, hətta bu cür yüksək qiymət göstəricisinə sahib Mi Mix Alpha sayəsində Xiaomi şirkəti yüksək gəlir əldə edə bilməyəcək.
        Bu barədə IThome saytı xəbər verib. Li Nan-ın sözlərinə əsasən Mi Mix Alpha konseptual smartfonun istehsalına onun gətirəcəyi gəlirdən daha çox pul xərclənib. O qeyd edib ki, bu yeni smartfonun maya dəyəri 700$ təşkil edir. Onun 200$-ı isə smartfon ekranına aiddir. Smartfonun hazırlanmasına və istehsalına xərclənmiş 200 milyon dollar vəsait göstəricisini nəzərə almaqla hətta hər biri 2800$ qiymət göstəricisinə sahib olacaq smartfonun 10.000 ədəd cihazdan ibarət partiyası da şirkətə gəlir gətirməyəcək.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər