Microsoft Andromeda adlı smartfonun texniki özəllikləri ortaya çıxdı
Elm & Texnologiya
22.06.2018
Farid Pardashunas
Wccftech adlı sayt hələ təqdimatı
baş tutmamış və gizli saxlanılan Microsoft Andromeda smartfonunun özəllikləri
barəsində məlumat verib. Məlumata əsasən bu, öz özəllikləri və premium
parametrlərə sahib smartfon olacaq. Beləliklə təqdim olunmuş məlumatlara əsasən
Microsoft Andromeda 2880x1440 piksel keyfiyyətli QHD+ ekran, 2.9 GHz tezlikli
Snapdragon 850 prosessoru və Adreno 630 qrafik sürətləndirici ilə təchiz olunacaq.
Həmçinin prosessor əlavə olaraq X20 LTE modemə də sahib olacaq.
Smartfon Windows
Core OS (Windows 10-nun smartfonlar üçün sadələşdirilmiş versiyası) əməliyyat
sistemi vasitəsilə çalışacaq. Bunlardan əlavə olaraq smartfon Always-Connected funksiyasını
da özündə birləşdirəcək. Bu funksiya sayəsində Avropanın və Amerikanın mobil
operatorları aşağı qiymət qarşılığında sürətli limitsiz internet verə biləcəklər.
Sözügedən mexanizmin necə çalışacağı isə hələki məlum deyil. Microsoft
Andromeda smartfonunun bu ilin sonunda və ya gələn ilin əvvəlində satışa
çıxması planlaşdırılır. Onun qiyməti və dəqiq təqdimat tarixi barədə heç bir məlumat
yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)