
"Microsoft", "Beam"ı aldı
Elm & Texnologiya
07.05.2017
Farid
"Microsoft” tez bir zamanda oyuncuların rəğbətini
qazanan, "Beam” şirkətini alıb. Yanvar ayında qurulan "Beam”, sahib olduğu
texnologiya ilə diqqət çəkməyi bacarmışdı. Techcrunch
Disrupt New York 2016-da təşkil olunmuş Battlefield-da qazanan "Beam”, oyun sevərlərin oyunu daha real qəbul
etməsi, oyunçunun özünü oyunda hiss etməsinə şərait yaradan istiqamət seçmə
funksiyasını aktivləşdirməklə buna nail ola bilmişdi. Standart digital yayımlarda 2-10 saniyə
arasında geçikmə olduğu halda, "Beam” inkişaf etdirdiyi texnologiya ilə bu
geçikməni millisaniyələrə qədər azaltmağa nail ola bildiyini iddia edir. "Microsoft”un,
"Beam”la bağlı hansı planlarının olduğu hələki sirr kimi saxlansa da, Xbox platforması üçün bunun faydası
olacağı bildirilir. "Beam”in yaradıcısı Matt
Salsamedli öz komandası ilə birgə bu platformanın içində yer alacaq.
Paylaş
Bənzər xəbərlər