
Microsoft-da böyük dəyişikliklər. Windows artıq şirkətin əsas məhsulu olmayacaq
Elm & Texnologiya
01.04.2018
Microsoft şirkətinin hal-hazırki CEO-su Satya Nadella şirkətin irimiqyaslı şəkildə yenidən qurulmasını elan etdi (5 il ərzində artıq 4-cü dəfə). Şirkətin yeni inkişaf yoluna əsasən gələcəkdəki yerini itirməmək üçün şirkət Windows əməliyyat sistemi asılılığından azad olmaq istəyir. Şirkətin Windows şöbəsinin rəhbəri Terry Myerson şirkətdəki 21 illik işdən sonra Microsoft-dan ayrılır.
Şöbənin özünü isə Microsoft Azure bulud servisləri şöbəsi ilə birləşmək gözləyir. Lakin bu hələ son deyil. Belə ki, yaradılacaq yeni şöbə 2 qrupa ayrılacaq. Onlardan biri Experiences & Devices (elektron cihazlar və Wndows-dan cavabdeh olacaq), digəri isə Cloud + AI Platform (bulud hesablamalar və süni zəka) adlanacaq. Ümumilikdə şirkət rəhbərliyində böyük dəyişikliklər olacaq.
Lakin şirkətin əsas məqsədi Microsoft-da bəzi adamlardan yaxa qurtarmaq deyil. Şirkətin əsas məqsədi öz inkişaf yolunun bulud hesablamaları və süni zəka texnologiyalarına tərəf çevrilməsidir. Ənənələrə görə gələcəkdən imtina etmək olmaz. Windows şirkətin ən məşhur məhsulu olaraq qalır. Lakin o bundan sonra şirkətin inkişaf yolunu təyin etməyəcək. Sanki Satya Nadella Silicon Valley televiziya serialının 5-ci sezonunun ilk seriyasına baxaraq özünü “Box 2” layihəsi ilə gələcəyi təyin etmiş Gavin Belson kimi hiss edib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...