main-post-cover

    Microsoft Edge brauzerinin vacib yenilənməsini və brauzerin macOS üçün çıxacağını elan etdi

    Elm & Texnologiya
    06.12.2018
    Farid Pardashunas
        Microsoft özünün Edge brauzerində olacaq bəzi dəyişiklikləri anons edib. Lakin bu dəyişikliklər brauzerin kod hissəsinə aid olacaq. Brauzerin adı və dizaynı isə olduğu kimi qalacaq. Beləliklə şirkət Edge brauzerini Chromium adlı açıq kod mənbəli platformaya keçirəcək. Qeyd etmək lazımdır ki, Google şirkətinin məşhur Chrome brauzeri də bu platforma əsasında çalışır. Şirkət öz brauzerini sözügedən platformaya nə zaman keçirəcəyi barəsində məlumat verməyib. Lakin o bildirib ki, gələn ilin əvvəlində tərtibatçılar üçün test alətləri təqdim olunacaq.
        Brauzer öz adını və dizaynını saxlayacaq. Bununla yanaşı o daha stabil çalışacaq və bütün saytlar ilə uyğunlaşa biləcək. Qeyd etmək lazımdır ki, şirkət Edge brauzerini 2015-ci ildə Windows 10 əməliyyat sisteminin bir hissəsi kimi təqdim etmişdi. Chromium platformasına keçid edəndən sonra brauzer həmçinin Windows 7Windows 8 əməliyyat sistemləri üçün də aktiv ediləcək. Brauzer üçün olacaq yenilənmələr isə əməliyyat sistemi üçün nəzərdə tutulmuş yenilənmələrdən ayrı şəkildə təqdim olunacaq.
        Bundan əlavə olaraq şirkət həmçinin brauzerin macOS versiyasını da təqdim edəcək. Microsoft-un artıq Apple şirkəti ilə bu cür əməkdaşlıq mövzusunda təcrübəsi var. Belə ki, şirkət vaxtı ikən Internet Explorer brauzerini Mac üçün təqdim etmişdi. Lakin 2003-cü ildən bəri onu yeniləməkdən imtina etdi. Var olduğu 3 il ərzində Edge brauzeri gözlənilən məşhurluğu əldə edə bilmədi. Veb trafikin analizi üçün nəzərdə tutulmuş StatCounter adlı servisin məlumatlarına əsasən bu ilin noyabr ayında Chrome brauzerinin bazarda payı 61.75%, Safari brauzerinin payı 15.12%, Firefox brauzerinin payı 4.92%, Opera brauzerinin payı 3.15%, Internet Explorer brauzerinin payı 2.81%, Edge brauzerinin payı isə 2.15% təşkil edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər