Logo
    main-post-cover

    Microsoft GPT dil modellərini ABŞ-ın dövlət qurumlarına təklif edib

        Microsoft şirkəti OpenAI tərəfindən yaradılmış böyük dil modellərini ABŞ-ın dövlət qurumlarına təklif edib. Söhbət, Microsoft-un Azure adlı bulud servisindən istifadə edən dövlət qurumlarından gedir. Şirkət Azure Government bulud servisinə GPT-3GPT-4 dil modellərini əlavə edib. OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu istifadəyə verəndən sonra böyük dil modellərindən istifadə intensivliyi kəskin şəkildə yüksəldi. Qeyd etmək lazımdır ki, hal hazırda ChatGPT-nin standart versiyası GPT-3.5, ödənişli versiyası olan ChatGPT Plus isə GPT-4 əsasında çalışır. Microsoft Azure Government-də GPT texnologiyalarını ilk dəfədir təklif edir. Azure Government öz növbəsində ABŞ-ın dövlət qurumlarını servislər ilə təmin edir. Şirkət bildirib ki, Microsoft-un dövlət səviyyəsində olan müştəriləri süni zəka sisteminə müxtəlif tapşırıqları verə bilərlər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Microsoft GPT dil modellərini ABŞ-ın dövlət qurumlarına təklif edib | Technote