Logo
    'Microsoft' Kinect cihazının istehsalını dayandırdı

    'Microsoft' Kinect cihazının istehsalını dayandırdı

    “Microsoft” şirkəti ilk dəfə 2010-cu ildə təqdim etdiyi oyun idarəetmə sistemi olan Kinect-in istehsalını dayandırdı.
    Bu barədə həmin sistemin yaradıcılarından biri bildirib. Qeyd etmək lazımdır ki, Xbox 360 oyun konsolu üçün əlavə istehsal olunmuş Kinect aksessuar kimi təqdim olunmuşdu. Həmin cihaz istifadəçinin bədən hərəkətlərini və səslərini təyin edərək onları oyuna ötürən kamera, mikrofon və infraqırmızı sensorlarla təchiz olunmuşdu. Daha sonra şirkət Kinect-i Xbox One konsolu və Windows əməliyyat sistemi ilə inteqrasiya etmişdi. 7 il ərzində ümumilikdə 35 milyon ədəd Kinect cihazı satılmışdı.

    Lakin bu müddət ərzində onun üçün o qədər də böyük oyun layihələri təqdim olunmamışdı. Müəyyən vaxtdan sonra “Microsoft” PS4 konsolu ilə rəqabətə öz diqqətikni yönəltdi. Kinect komandasının bir hissəsi isə şirkətin digər layihələrinə keçdi. Baxmayaraq ki, şirkət bir məhsul kimi Kinect-dən imtina etdi, onun üçün hazırlanmış xüsusi sensorlar şirkətin HoloLens kimi digər cihazlarında istifadə olunacaqlar. Bununla yanaşı şirkət Xbox istifadəçiləri üçün də bu cihazı dəstəkləməyə davam edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    'Microsoft' Kinect cihazının istehsalını dayandırdı