Logo
    main-post-cover

    Microsoft növbəti 10 ildə kvant superkompüterinin yaradılmasını hədəfləyib

        Microsoft şirkəti özünün kvant superkompüterinin yaradılması layihəsi üzrə konkret qərarlar qəbul edib. Şirkət bu layihə üzərində bir neçə ildir çalışır. Şirkətin özü üçün tərtib etmiş yol xəritəsinə əsasən kvant superkompüterinin yaradılması yolunda bir çox manələri aşmaq lazım gələcək. Lakin şirkətin kvant texnologiyaları üzrə vitse-prezidenti Krysta Svore-nin sözlərinə əsasən saniyədə 1 milyon kvant əməliyyatını yerinə yetirə biləcək superkompüterin yaradılması üçün 10 ildən az müddət lazım olacaq. Microsoft-un portfoliosunda artıq orta miqyaslı kvant sistemləri mövcuddur. Lakin onlar o qədər də etibarlı deyillər.
        Buna görə də şirkət mühəndisləri aparılacaq kvant hesablamaların dəqiqliklərini yüksəltmək istiqamətində çalışırlar. Hal hazırda şirkət mühəndisləri saniyədə 1 milyon ədəd etibarlı kvant əməliyyatını yerinə yetirə biləcək sistem üzərində çalışırlar. Növbəti mərhələdə mühəndislər kvant sistemi üçün 10 mikrometr ölçüsündə kubitləri yaratmalı olacaqlar. Ondan sonrakı mərhələdə isə mühəndislər kubitlərin idarəsi mexanizmini yaratmalıdırlar. Kvant superkompüterinin yaradılması prosesində Azure Quantum Elements platformasından istifadə edilir. Bu platforma süni zəka, kvant və yüksək performanslı hesablamalar vasitəsilə elmi işlərin sürətləndirilməsinə istiqamətlənib.
    Paylaş
    Bənzər xəbərlər