main-post-cover

    'Microsoft', özünün məşhur tətbiqi Paint-in dəstəyini dayandırdı

    Elm & Texnologiya
    24.07.2017
    Farid Pardashunas

    “Microsoft” şirkəti, məşhur Paint tətbiqinin dəstəyini dayandırdı.

    Qeyd etmək lazımdır ki, bu tətbiq ilk dəfə 1985-ci ildə Windows 1.0 əməliyyat sisteminə əlavə olunmuşdu. İndi isə 32 illik tarixə sahib bu tətbiq, payızda təqdim ediləcək Windows 10 Fall Creators Update yenilənməsi vasitəsilə ya silinəcək, yada köhnəlmiş hesab ediləcək. Hal hazırda Paint, köhnəlmiş tətbiq statusunu alıb. Bu isə o deməkdir ki, o, “Microsoft” tərəfindən artıq dəstəklənmir. İnternet istifadəçiləri öz növbəsində “Microsoft” şirkətindən qərarlarını dəyişməyi xahiş edirlər. İstifadəçilər bu tətbiqin köhnəlməsi kimi qəbul edilməsini, Windows Vista-ya keçid zamanı məşhur Pinball oyununun silinməsi ilə bir tuturlar. Nəzərinizə çatdıraq ki, bu ilin yaz fəslində Windows 10 üçün Paint 3D tətbiqi təqdim olundu. Həmin tətbiq, üçölçülü obyektləri dəstəkləyir. Görünür “Microsoft” öz diqqətini bir məhsula cəmləşdirmək istəyir. Qeyd etmək lazımdır ki, hətta günümüzdə bir çox qrafik dizaynerlər, Paint-in aşağı səviyyəli imkanlarına baxmayaraq onun vasitəsilə çox maraqlı işlər yaradırlar.Grab, gözlənilən investisiyanı əldə etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər