main-post-cover

    Microsoft şirkəti ABŞ ordusu üçün AR eynəklər istehsal edəcək

    Elm & Texnologiya
    29.11.2018
    Farid Pardashunas
        Microsoft şirkəti Pentaqonun 479.2 milyon dollar dəyərində olan müqaviləsinin əldə olunmasında qalib gəldi. Beləliklə şirkət Pentaqon üçün xüsusi AR eynəklərin (artırılmış reallıq) prototiplərinin hazırlanması ilə məşğul olacaq. Hərbçilər isə öz növbələrində həmin AR eynəklərdən istifadə edərək döyüş missiyalarının hazırlanması və öyrənilməsi sahələrində təlimlər keçəcəklər. Sözügedən dövlət proqramının təsvirinə əsasən nəticə etibarilə ABŞ ordusu 100.000 ədəd AR eynək əldə edə bilər.
        “Artırılmış reallıq texnologiyası qərarların qəbul edilməsi üçün qoşunlara daha çox məlumat təqdim edəcək. Bu yeni layihə bizim Müdafiə nazirliyi ilə olmuş əvvəlki yaxşı münasibətlərimizi daha da genişləndirir” – deyə Microsoft şirkətinin təmsilçisi bildirib. Qeyd etmək lazımdır ki, ABŞ və İsrail ordusu artıq şirkətin HoloLens texnologiyasını test ediblər. Lakin bu cür texnologiyanın real döyüş vəziyyətlərində istifadəsi tamamilə yeni bir addım olacaq.
        Bu müqavilə öz növbəsində ABŞ ordusunu Microsoft HoloLens məhsulunun əsas istehlakçısına çevirəcək. Güman edilir ki, hərbi sahə üçün yaradılacaq AR eynəklər adi istehlakçı üçün hazırlanan məhsuldan dəfələrlə fərqlənəcək. Məlumata əsasən ABŞ ordusu gecə vaxtı görməyə imkan verən, istilik sensorlarını özündə birləşdirən və insanın nəfəs alması kimi orqanizm fəaliyyətini təyin etməyi bacaran bir cihaz istəyir. Müqavilə də həmçinin qeyd olunub ki, müqavilənin qalibi olacaq şirkət növbəti 2 il ərzində 2500 ədəd cihaz istehsal etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər