
Microsoft şirkəti ağıllı selfi güzgünü təqdim etdi (VİDEO)
Elm & Texnologiya
01.08.2018
Emil
Microsoft şirkəti H&M mağazalar şəbəkəsi ilə birlikdə öz
yeni məhsulunu təqdim edib. Söhbət ağıllı selfi güzgüdən gedir. Bu interaktiv
güzgü müştərilərə qarderob seçimində, selfi foto çəkimində və ən əsası sərfəli
alış-verişin edilməsində yardımçı olur. Bu qeyri-adi cihaz Microsoft Azure
bulud servisinin gücü əsasında çalışaraq səsi və görüntünü təyin etməyi bacaran
alqoritmlərdən ibarətdir. İlk öncə güzgü müştərini kamera ilə təyin edir və
onunla salamlaşır.
Müştəri həmçinin güzgüdən yeni geyimdə selfi foto və ya yeni
geyim tərzinin seçilməsində yardım istəyə bilər. Beləliklə çəkilmiş foto filtrlər
vasitəsilə emal olunur və onu məşhur jurnalın üz qabığı tərzində yaradır. Ən
yaxşı fotonu seçərək müştəri QR kod vasitəsilə fotonu sosial şəbəkələrdə
paylaşa bilər. Əgər müştəri güzgüdən yeni geyim tərzi barədə köməklik istəsə,
onda güzgü müştəri üçün ən uyğun geyim modelini seçəcək və xüsusi kod vasitəsilə
müştəriyə endirimlər və xüsusi təkliflər barədə məlumat verəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
