Microsoft şirkəti Android ilə çalışacaq smartfon hazırlayır
Elm & Texnologiya
17.07.2018
Farid Pardashunas
Windows Phone dəstəyinin dayandırılmasından 1 il keçəndən
sonra məlum oldu ki, Microsoft şirkəti özünün Android əməliyyat sistemli
smartfonu üzərində çalışır. Daha öncədən şirkət Windows Phone-nun
uğursuzluğunda Apple şirkətini və bəzi Android smartfon istehsalçılarını
günahlandırırdı. Bu ilin əvvəlində məlum olmuşdu ki, Microsoft iki ekranlı
Surface Phone üzərində çalışır. Layihənin adı isə Andromeda-dır. Çox güman ki,
sözügedən cihazı gələn ilin əvvəlində təqdim edəcəklər.
Lakin ola bilər ki, bu,
Microsoft şirkətinin hazırladığı yeganə smartfon modeli deyil. Belə ki, bir neçə
müddət bundan öncə internetə şirkət əməkdaşlarından birinin yazışmaları
sızdırılmışdı. Həmin şəxs anonim qalmaq istəyib. Onun verdiyi məlumata əsasən
hal hazırda Windows Phone komandası Android əməliyyat sistemi əsasında
çalışacaq smartfonun hazırlanması ilə məşğuldur. Yeni smartfon seriyası
Microsoft-un öz brendi altında satışa çıxarılacaq. Təəssüf ki, bu hal hazırda
olan bütün məlumatlardır. Layihənin hansı mərhələdə olması, onun təqdimat
tarixi və təqribi qiyməti barəsində hələki heç bir məlumat verilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ