main-post-cover

    Microsoft şirkəti holoteleportasiya texnologiyasını sərgiləyib (VİDEO)

    Elm & Texnologiya
    18.07.2019
    Farid Pardashunas
        Microsoft Inspire sərgisi çərçivəsində şirkət öz əməkdaşının tam holoqramını səhnədə əks etdirdi. Həmin holoqram öz əsl prototipinin nitqini yapon dilinə tərcümə edirdi. Bu barədə Hightech.plus saytı xəbər verib. Beləliklə şirkət öz sərgisində holoteleportasiya texnologiyasını sərgiləyib. Microsoft Inspire sərgisində çıxış edən zaman Microsoft şirkətinin Azure şöbəsinin vitse-prezidenti Julia White HoloLens 2 artırılmış reallıq cihazından istifadə edərək özünün tam holoqram versiyasını yaradıb.

        Holoqramın nitqi isə avtomatik olaraq yapon dilinə tərcümə olunurdu. Bununla belə, tərcümə zamanı holoqramın üz mimikaları olduğu kimi qalırdı. Məlumata əsasən bu cür texnologiyanın sərgilənməsi zamanı şirkətin bir neçə texnologiyasından istifadə olunub: Azure-un nitqi mətnə çevirən sistemi, Azure Speech Translation tərcümə sistemi və mətni nitqə çevirən Azure Speech Services.
        Holoteleportasiya texnologiyası vasitəsilə HoloLens artırılmış reallıq cihazından istifadə edərək insanlar uzaq məsafədə yerləşən digər insanlarla danışıq ünsiyyəti qura bilərlər. Bu halda elə bir hiss yaranacaq ki, sanki uzaq məsafədə olan insan əslində çox yaxındadır. Microsoft son bir neçə il ərzində bu texnologiyanı aktiv şəkildə inkişaf etdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər