main-post-cover

    Microsoft şirkəti Huawei noutbuklarının satışlarını bərpa edib

    Elm & Texnologiya
    19.06.2019
    Farid Pardashunas
        Microsoft şirkəti Huawei ilə əməkdaşlıq məsələsində rəsmi hesabatı təqdim edib. ABŞ hökuməti tərəfindən təyin olunmuş yeni qanunvericilik aktlarının ciddi şəkildə incələnməsindən sonra Microsoft Huawei şirkətinin noutbuklarının satışlarını bərpa etmək qərarını verib. Bu barədə 4pda saytı xəbər verib.
        "Biz yeni tələbləri analiz etdik və ABŞ-ın ticarət nazirliyi tərəfindən Huawei şirkətinin qara siyahıya salınması səbəbilə yaranmış bəzi çətinliklərə reaksiya verməyə davam edirik. Aparılmış analiz nəticələrinə əsasən hal hazırda varolan Huawei məhsullarının ehtiyyatlarının Microsoft Store online mağazasında satışının bərpa olunması qərarı verilib” - deyə Microsoft şirkəti bildirib.
        Beləliklə Microsoft Store-da yenidən MateBook X Pro (1449$), MateBook D (999$) və MateBook 13 (Intel Core i5 prosessorlu 999$-a, Core i7 prosessorlu isə 1299$-a) noutbuk modellərini əldə etmək olar. Microsoft şirkəti həmçinin bildirib ki, hal hazırda Huawei məhsullarına sahib istifadəçilər gələcəkdə də Microsoft-un əməliyyat sistemi yenilənmələrini əldə edəcəklər. Buna görə də indiki və gələcəkdəki istifadəçilər bu mövzuda narahat olmaya bilərlər. Bəzi məlumatlara əsasən artıq gələn ay Huawei şirkəti Windows əməliyat sistemi ilə çalışacaq yeni noutbuk modeli təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər