main-post-cover

    'Microsoft' şirkəti qatlana bilən elektron kitab üzərində çalışır (VİDEO)

    Elm & Texnologiya
    26.10.2017
    Farid Pardashunas
    “Microsoft” şirkəti gələn il elektron mürəkkəbə sahib və qatlana bilən iki ekranlı cihazı təqdim etməyi planlaşdırır.
    2009-cu ildə Microsoft Courier adlı cihazın ilk konsept görüntüləri təqdim olunmuşdu. Həmin cihazın təqdimatında iki ekran, fayl və sənədlərlə işləməyə, qeydlərin aparılması, internetdə vaxt keçirmək və s. işlər üçün nəzərdə tutulurdu. Faktiki olaraq bu, iki ekrana və stilusa sahib adi planşet idi. Həmin vaxtda sözügedən cihaz bir çoxlarının diqqətini çəkmişdi. Gələn il şirkət buna bənzər cihazı təqdim etməyi planlaşdırır.

    Lakin bir fərq ondan ibarətdir ki, yeni cihaz e-ink adlı elektron mürəkkəbə sahib olacaq. Bu bir növ elektron qeyd kitabçası olacaq. The Verge saytının xəbərinə əsasən həmin cihazın adı Andromeda olacaq. Çox güman ki, cihaz ARM prosessor vasitəsilə çalışacaq və Windows 10 əməliyyat sisteminə sahib olacaq. Məlumata əsasən adi qeyd kitabçasında qeydlər necə aparılırsa, bu cihazda da stilus vasitəsilə belə asanlıqla qeydlər aparmaq olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər