main-post-cover

    Microsoft şirkəti Skype vasitəsilə istifadəçilərin danışıqlarını dinlədiyini etiraf etdi

    Elm & Texnologiya
    08.08.2019
    Farid Pardashunas
        Öz istifadəçilərinin səs yazılarını dinlədiklərini etiraf etmiş Google, Apple Twitter şirkətlərindən sonra bu cür etirafı həmçinin Microsoft şirkəti də edib. Belə ki, internetdə məlumat ortaya çıxıb ki, Microsoft şirkəti Skype servisi vasitəsilə edilmiş danışıqları üçüncü tərəflərə ötürüb və həmin danışıqların bir hissəsi internetdə ortaya çıxıb. Microsoft isə öz növbəsində etiraf edib ki, o, istifadəçi danışıqlarını üçüncü tərəflərə ötürür və həmin üçüncü tərəflərin əməkdaşları həmin danışıqları analiz edirlər.
        Bu barədə Vice.com saytına istinadən 4pda saytı xəbər verib. Skype servisi və Cortana səsli köməkçisi vasitəsilə reallaşdırılmış danışıqların üçüncü tərəflərə ötürülməsi məlumatı ortaya çıxandan sonra Microsoft şirkəti bildirib ki, bu özəllik servisin məlumatlar üzrə konfidensiallıq siyasətində qeyd olunub. İstifadəçilərin identifikasiya məlumatları isə səsli danışıqların üçüncü tərəflərə ötürülməsinə kimi silinir.
        Buna baxmayaraq təqdim olunmuş sənəddə məlumatların süni zəka tərəfindən deyil insan tərəfindən analiz olunduğu barəsində heç bir məlumat qeyd olunmayıb. Jurnalistlər tərəfindən əldə olunmuş səsli danışıqlarda həmçinin özəl məsələlər üzrə danışıqlar da əks olunub. “Bu danışıqları sizə təqdim edə bildiyim faktı onu göstərir ki, Microsoft kimi bir şirkət öz istifadəçilərin özəl məlumatlarının qorunmasına necə laqeyd yanaşır” - deyə Vice.com jurnalistinə bu danışıqları təqdim etmiş anonim şəxs qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər